AZ

10 min nəfərlik kənddə uşaq bağçası yoxdur – valideynlər çıxış yolu axtarır

Qazax rayonunun Çaylı kəndində uşaq bağçasının olmaması sakinləri narahat edir.

Milli.Az xəbr verir ki, təxminən 10 min nəfərlik kənddə əvvəllər iki bağça fəaliyyət göstərsə də, hazırda heç biri qalmayıb. Valideynlər uşaqlarını şəhərdəki bağçalara göndərməli olur ki, bu da əlavə xərclərlə nəticələnir.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, təhsil müəssisələrinin tikintisi və təmiri prioritetlik və növbəlilik prinsipi əsasında həyata keçirilir.

Yeni bağça və məktəb tikintisi ilə bağlı qiymətləndirmələr davam edir və məsələ aidiyyəti qurumlar qarşısında qaldırılır. 

Asya
Milli.Az 

Seçilən
22
1
milli.az

2Mənbələr