AZ

Pakistan, beynəlxalq məhdudiyyətlərə baxmayaraq, Liviya ilə hərbi müqavilə imzalayıb

Pakistan, Liviya Milli Ordusuna (LNA) 4 milyard dollardan çox dəyərində böyük bir silah partiyasının satışı barədə razılığa gəlib. Bu saziş, Liviya on ildən çoxdur ki, BMT-nin silah embarqosuna məruz qaldığı halda əldə olunub.

Oxuməni.az-ın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bu barədə danışıqların gedişindən xəbərdar olan Pakistan rəsmiləri bildiriblər.

Agentliyin məlumatına görə, bu razılaşma Pakistanın müdafiə ixracının tarixində ən böyük sazişlərdən biridir. Bu, Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Asim Munirin Benqaziyə səfərindən sonra yekunlaşıb. Orada o, feldmarşal Xəlifə Haftarın oğlu, LNA komandirinin müavini Saddam Xəlifə Haftarla görüşüb.

İlkin sənədlərə əsasən, müzakirələr 16 ədəd JF-17 qırıcı təyyarəsi və 12 ədəd Super Mushak təlim təyyarəsinin tədarükünü əhatə edib. Rəsmilərdən biri siyahının həqiqiliyini təsdiqləyib, digəri isə bu sistemlərin paketin bir hissəsi olduğunu, lakin yekun sayının dəyişə biləcəyini qeyd edib.

“The Economic Times” mənbələri qeyd edirlər ki, müqavilə 2,5 il müddətinə nəzərdə tutulub və LNA-nın quru, hava və dəniz qüvvələri üçün texnika tədarükünü əhatə edir. İki mənbə sazişin məbləğini 4 milyard dollardan çox, daha ikisi isə 4,6 milyard dollar qiymətləndirib.

Bu saziş beynəlxalq hüquq baxımından suallar doğurur, çünki Liviya 2011-ci ildən bəri BMT-nin silah embarqosuna məruz qalıb və bu, istənilən silahın ötürülməsi üçün xüsusi beynəlxalq icazə tələb edir. Tərəflərin bu məhdudiyyəti necə aşmağı və ya şərh etməyi planlaşdırdıqları hələlik məlum deyil.

Almaz Həsənli

Seçilən
16
1
oxumeni.az

2Mənbələr