AZ

“Bayraktar Teknoloji Azərbaycan” gənclər üçün Yaz Təcrübə Proqramı elan edib

Bakı, 24 dekabr, AZƏRTAC

“Bayraktar Teknoloji Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində müdafiə sənayesi sahəsində innovativ texnologiyalarla tanış olmaq və bu istiqamətdə potensialını inkişaf etdirmək istəyən gənclər üçün “2026-Yaz Təcrübə Proqramı” elan edilib.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, proqram elektronika, mexanika və digər texniki sahələri əhatə edir və iştirakçılar inkişafyönümlü real layihələrdə çalışmaq imkanı, yüksək peşəkar təcrübəyə malik mentorlarla praktiki bacarıqlar əldə edəcəklər. Bu təcrübə gənclərə müdafiə texnologiyaları sahəsində məqsədyönlü karyera qurmaq üçün dəyərli başlanğıc imkanı yaradır.

Təcrübə proqramını əhatə edən sahələr və müraciət prosesi ilə qeyd olunan linkdən istifadə edərək daha ətraflı tanış ola bilərsiniz. Yalnız bir bölmə/struktur üzrə elana müraciət etmək mümkündür.

Müraciətlər yanvarın 4-dək davam edəcək.

 

 

Seçilən
30
1
azertag.az

2Mənbələr