AZ

Putin İlham Əliyevə zəng edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng edib.

Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərini hərtərəfli gücləndirməyə qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər və şəxsi əlaqələrin daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da həmçinin liderlər arasındakı söhbəti səmimi və mənalı adlandırıb.

Qeyd olunub ki, Putin və İlham Əliyev həmçinin Yeni il təbriklərini də bölüşüblər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr