AZ

Rusiya ordusu Zaporojye bölgəsin dəyaşayış məntəqəsini ələ keçirib

Rusiya ordusu Zaporojye bölgəsindəki Zareçnoye yaşayış məntəqəsini ələ keçirib. 

Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin 24 dekabrda verdiyi məlumatda deyilir.

Ukrayna Silahlı Qüvvələrinin (USQ) 245-ə qədər əsgərinin, 17 nəqliyyat vasitəsi, iki səhra artilleriya qurğusu, o cümlədən Amerikanın 155 mm-lik Paladin özüyeriyən artilleriya qurğusu və yanacaq anbarının sıradan çıxarıldığı bildirilib.

Departament əlavə edib ki, bundan əlavə, Dnepropetrovsk vilayətinin Vozdvijevka, Lyubitskoe, Qulyaypole, Ternovatoye, Aleksandrovka, Qavrilovka və Pokrovskoye yaşayış məntəqələri ərazilərində altı mexanikləşdirilmiş briqadanın, bir hücum briqadasının, iki Ukrayna hücum alayının və bir ərazi müdafiə briqadasının canlı qüvvəsinə və texnikasına ziyan dəyib.

QAZİLER.AZ

Seçilən
22
1
qaziler.az

2Mənbələr