Bakı,24 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin tələbələri dekan müavini dosent Bəsti Əsədovanın rəhbərliyi ilə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda təcrübə dərsi keçiblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr institutun nəzdində fəaliyyət göstərən “Genbank”, İnsan genetikası, Sitogenetika və Biokimya laboratoriyalarının iş prinsipi ilə tanış olub, aparılan təcrübələrin gedişatında iştirak ediblər.
Qeyd edək ki, dərslər ADPU Kimya və biologiya fakültəsi ilə Genetik Ehtiyatlar İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına əsasən təşkil olunub.