AZ

Cihangir İşbilir “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunub

BAKI, 24 dekabr. TELEQRAF

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Cihangir İşbilir Teleqraf-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin təsis etdiyi Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə medalla təltif olunmaq onun üçün böyük iftixar mənbəyidir.

"Azərbaycan və Türkiyə mediası ilə “vahid media” kimi informasiya və media sahəsində birlikdə, çiyin-çiyinə çalışmağa davam edəcəyik. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi, Anadolu Agentliyi və TRT başda olmaqla bütün media qurumları ilə birlikdə qardaş Azərbaycanın yanında olacağıq. Birlikdə dezinformasiya ilə mübarizə aparacağıq. Türkiyə–Azərbaycan Media Platformasını daha güclü ictimai diplomatiya mexanizminə çevirərək onun Türk Dünyası üçün də nümunə olmasını təmin edəcəyik. Bu medalı ömrüm boyu şərəflə daşıyacağam. Qarabağ fatehi cənab Prezidentə təşəkkür edir, dərin hörmət və minnətdarlığımı bildirirəm".

Seçilən
64
11
teleqraf.com

10Mənbələr