Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə gələcək sülh sazişindəki ən həssas məsələləri həll etmək üçün Donald Trampla görüşmək istəyir.
Publika.az "Reuters"ə istinadən xəbər verir ki, Ukrayna və ABŞ nümayəndə heyətləri həftəsonu Mayamidə keçirilən danışıqlarda 20 maddəlik planın yekunlaşdırılmasına yaxınlaşıblar.
Bu danışıqlara toxunan Zelenski ərazi məsələlərinin həlli üçün ABŞ ilə görüşə hazır olduqlarını bəyan edib:
"Müharibəyə son qoyulmasına dair əsas sənəd bizimlə ABŞ, Avropa və ruslar arasında olandır. Həssas məsələləri həll etmək üçün liderlər səviyyəsində Birləşmiş Ştatlarla görüşə hazırıq. Ərazi məsələləri liderlər səviyyəsində müzakirə olunmalıdır".