AZ

Yeni ildən metroda gediş haqqı qaldırılacaq? - AÇIQLANDI

“Bakı Metropoliteni” QSC 2024-cü ili 139,616 milyon manat zərərlə başa vurub ki, bu da 2023-cü ilə nisbətən 81,6% artım deməkdir və metronun maliyyə vəziyyətinin pisləşdiyini göstərir. Bu vəziyyət əksər vətəndaşlarda yeni ildən gedişhaqqının artırılacağına dair suallar doğurub.

Redaktor.az-a mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, zərərin əsas səbəbi son illər metrodan istifadə edən sərnişinlərin sayının əhəmiyyətli dərəcədə artmasıdır:

“Artan sərnişin axını infrastrukturun yüklənməsini, qatarların daha tez-tez xəttə buraxılmasını, enerji sərfiyyatının, texniki xidmət və təmir xərclərinin yüksəlməsini zəruri edir. Bu gün bir sərnişinin daşınması əvvəlki illərlə müqayisədə metropoliten üçün daha baha başa gəlir. Yaranan bu fərq - real daşınma xərcləri ilə mövcud tarif arasındakı boşluq - dövlət tərəfindən subsidiya olunur. Başqa sözlə, sərnişinlərin metrodan əlçatan və sosial baxımdan münasib qiymətlə istifadə edə bilməsi üçün hökumət bu xərclərin müəyyən hissəsini öz üzərinə götürür.

Mövcud vəziyyəti və dövlətin subsidiyalaşdırma siyasətini nəzərə alaraq, yaxın perspektivdə metroda gedişhaqqının artırılması gözlənilmir”, - deyə ekspert vurğulayıb.

Nuriyyə NATİQQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr