AZ

İkardinin sevgilisi iddiaları təkzib etdi

''Qalatasaray''la müqaviləsi mövsümün sonunda başa çatacaq Mauro İkardi ilə bağlı tez-tez müxtəlif iddialar ortaya atılır.

Sonuncu iddia onun sevgilisi Çayna Suares ilə bağlı idi. Sosial şəbəkələrdə bu xanımın Türkiyədə xoşbəxt olmadığı və İkardini vətənə qayıdaraq ''River Pleyt''ə transfer olunmağa vadar etdiyi haqda xəbərlər yayılmışdı. Amma xəbərləri Çayna Suares özü təkzib edib.

O öz səhifəsində paylaşım edərək İkardinin işlərinə qarışmadığını bildirib:
''Guya mən artıq ''tamam'' demişəm. Amma nəyə ''tamam'' demişəm? İkardinin karyerasına heç vaxt qarışmıram. Onun meneceri deyiləm və olmaq da istəmirəm. Türkiyədə xoşbəxtəm. Lütfən, əsas önəmli olandan diqqəti başqa yönə çəkməyin''.
Seçilən
22
1
football-plus.az

2Mənbələr