AZ

Zelenskidən SON DƏQİQƏ açıqlaması: Ukrayna NATO-ya üzvlükdən…

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmaq perspektivindən geri çəkilməyəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki o, çərşənbə axşamı jurnalistlərə açıqlamasında deyib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi üzvlərin qərarına bağlıdır

“Bu, tərəflərin razılaşmasıdır: Amerika, Ukrayna, Avropa və Rusiya. NATO üzvlərinin qərarıdır — Ukraynanı qəbul edib-etməmək onların seçimidir. Bizim seçimimiz isə artıq müəyyən olunub” , – deyə Ukrayna lideri qeyd edib.

Prezident əlavə edib ki, bəzi tərəflər NATO ilə Rusiya arasında ayrı danışıqlar aparmaq istəyir və bu danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü məsələsi də müzakirə ediləcək: “Amma yenə də bu, kimin kimlə razılaşmasıdır, bizim deyil. Bu məsələ Ukraynanın gələcəyi üçün çox vacibdir”.

Seçilən
18
nocomment.az

1Mənbələr