ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Niderland Krallığının Azərbaycandakı səfirliyindən qrant alan ictimai fəal Rəbiyyə Məmmədova yoxa çıxıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, səfirliklə qrant müqaviləsi imzalayandan sonra ayrılmış vəsaiti nağdlaşdıran ictimai fəal sonrakı günlər Azərbaycanı tərk edib.
Məsələyə aydınlıq gətirmək üçün Rəbiyyə Məmmədova ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.
Qeyd edək ki, Rəbiyyə Məmmədova son parlament seçkilərində deputatlığa namizəd kimi məşhur olub.
Bundan başqa o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də tənqidçisi kimi tanınır.
Günay Mahirqızı
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.