AZ

İrqi nifrət yaydığı üçün Avstraliyada vizası ləğv olunan İLK ŞƏXS

Ajans.az xəbər verir ki,bu barədə ölkənin Daxili İşlər Naziri Toni Börk açıqlama verib. Nazir bildirib ki, "yəhudi icmasına nifrətə əsaslanan nasistpərəst ideologiyaya" sadiq qalan 43 yaşlı Britaniya vətəndaşı vizasının ləğv olunacağı və Avstraliyadan deportasiya ediləcəyi bildirilib. Börk ABC televiziyasına açıqlamasında deyib: “Bizə gələn demək olar ki, hər kəs yaxşı insandır və xoş qarşılanır, amma buraya nifrəti qızışdırmaq üçün gələn hər kəs oranı tərk etməlidir”. Avstraliya Federal Polisi Britaniya vətəndaşının federal qanunları pozan məzmunu paylaşmaq üçün iki X hesabından istifadə etdiyini aşkar etdikdən sonra onu həbs edib. O, nasist simvollarının nümayiş etdirilməsi, təhdid və yəhudi icmasının üzvlərinin internetdə təqib olunması ilə bağlı ittiham olunur. Qeyd edək ki, Avstraliyada bu sahədə qanunlar 14 dekabr tarixində Sidneydə baş verən terror aktından sonra sərtləşdirilib. Həmin hücum Hanuka bayramı zamanı toplaşan insanlara qarşı həyata keçirilib. Baş nazir Entoni Albanese hadisədən sonra nifrət və nifaq salan şəxslərin vizalarının ləğv ediləcəyini və bu cür davranışın “onlayn təhdid və təqiblərlə əlaqəli cinayətlərdə ağırlaşdırıcı hal” kimi qiymətləndiriləcəyini bildirib.

 

Seçilən
23
Ajans.az

1Mənbələr