AZ

Azərbaycanda marqarin istehsalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 37 min 728,4 ton duru bitki yağları istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6% azdır.

Hesabat dövründə ölkədə 46 min 537,8 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3,1% çoxdur.

Dekabrın 1-nə ölkədə 2 min 132,7 ton duru bitki yağı, 3 min 537,9 ton isə marqarin ehtiyatı mövcud olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
15
1
banco.az

2Mənbələr