AZ

Yer üzündə artıq 4 fəsil yoxdur- Avstraliyalı alimlər

Avstraliyanın Elmi və Sənaye Tədqiqatları Birliyinin (CSIRO) alimləri Yer üzündə klassik anlamda dörd fəsilin artıq mövcud olmadığını açıqlayıblar. AzPost xəbər verir ki, araşdırmanın nəticələri elmi Live Science jurnalında dərc olunub.

Tədqiqatın həmmüəllifi, ekoloq Dru Terasaki Hart bildirib ki, xüsusilə yerli mövsümi dövrlərin forması və vaxtı ərazi üzrə kəskin fərqlənən regionlarda bu dəyişiklik daha aydın hiss olunur. Onun sözlərinə görə, bu hal həmin ərazilərdə ekologiya və təkamül proseslərinə ciddi təsir göstərə bilər.

Alimlər son 20 ilə aid peyk məlumatlarına əsaslanaraq dünya üzrə mövsümi ritmlərin xəritəsini hazırlayıblar. Xəritə göstərib ki, hətta bir-birinə fiziki cəhətdən çox yaxın olan bölgələrdə belə mövsümi dəyişikliklərin – məsələn, bitkilərin böyümə dövrünün başlanğıcı və sonu – vaxtı kəskin şəkildə fərqlənə bilər.

Araşdırmaya görə, tropik zonalarda dağ yamacları və ya Aralıq dənizi tipli isti iqlimə malik ərazilər tez-tez mövsümi uyğunsuzluq nümayiş etdirir. Yəni qısa məsafələrdə belə fəsillərin gedişi bir-birindən ciddi şəkildə seçilir.

Dru Terasaki Hart vurğulayıb ki, bu vəziyyət ilk baxışdan mənfi görünsə də, əslində müsbət nəticələr də yarada bilər. Belə fərqliliklər bəzi ekosistemlərdə biomüxtəlifliyin artmasına, yeni növlərin formalaşmasına və hətta Kolumbiya kimi ölkələrdə müxtəlif növ qəhvələrin yetişməsinə şərait yaradır.

AzPost.az

Seçilən
11
1
azpost.info

2Mənbələr