AZ

Gecikdirilmiş 825 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidməti yanvar-noyabr ayları ərzində işəgötürənlərtərəfindən sosial xarakterli ödənişlər olan 825 min manat vəsaitinişçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilib ki, görülən tədbirlər nəticəsində həmin vəsaitişəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 94 faiziəməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməliolan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarətolub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək MüfəttişliyiXidməti 71 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləripozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsindəhəmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Seçilən
31
16
az.trend.az

10Mənbələr