"Fənərbağça"nın prezidenti Sadettin Saranın narkotesti müsbət nəticələnib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Məlumata görə, sözügedən şəxsin saçından götürülən analizdə kokain izləri aşkarlanıb. Mənbə testin cavabının İstanbul Baş Prokurorluğuna göndərildiyini, klub başqanının ölkədən çıxışına qadağa qoyulduğunu vurğulayıb.
Saran bu ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.
Hazırda Türkiyə Super Liqasının turnir cədəvlində 2-ci pillədə mövqe tutan "Fənər" əzəli rəqibi "Qalatasaray"dan 3 xal geri qalır.
Nihat