AZ

Əliyevlə Nadir şahı birləşdirən TARİXİ FAKT: 273 illik sindrom necə MƏHV EDİLDİ?

“İlham Əliyevin Nadir Şahdan sonra Azərbaycanın yeganə qalib lideri olması mübaliğə yox, tarixi faktdır”.

KONKRET.az xəbər verir ki, bu fikiri siyasi şərhçi Asif Nərimanlı səsləndirib.

“Son iki əsrlik tariximizdə – 1747-ci ildə Nadir Şah Əfşarın vəfatından sonra Azərbaycan ardıcıl şəkildə ərazi və güc itkisinə məruz qaldı: xanlıqlara parçalanıb, ikiyə bölündüyü Gülüstan və Türkmənçay müqavilələrini yaşayıb. 1918-ci ildə Azərbaycan tarixinin yeni başlanğıcı olan Xalq Cümhuriyyətinin qurulması da İrəvanın itirilməsi ilə nəticələnib. Cəmi 23 aydan sonra yenidən işğal altına düşən Azərbaycanın torpaqları – Zəngəzur, Göyçə, Dərələyəz və digər tarixi ərazilərimiz sovetləşmənin ilk illərindən başlayaraq, qırmızı imperiyanın sonuna qədər ermənilərə “bağışlanıb”. SSRİ-nin dağılması – müstəqilliyin bərpası müharibə – ərazisi itkisi ilə yaşanıb”.

Rusiyanın

Nərimanlının sözlərinə görə, 273 il davam edən məğlubiyyət sindromunu 2020-ci ildə İlham Əliyev sındırdı və qələbə tarixini yazdı.

“Bu gün 64 yaşını qeyd edən Əliyev tarixdə Azərbaycanın məğlubiyyət tarixini dəyişən adam kimi qalacaq”,- deyə siyasi şərhçi vurğulayıb.

Müşviq Tofiq oğlu
KONKRET.az

Seçilən
25
1
konkret.az

2Mənbələr