AZ

Kivi nə üçün faydalıdır? - Mütəxəssislər gündəlik istifadə qaydalarını açıqlayır

Kivi həm dadı, həm də zəngin tərkibi ilə sağlam qidalar sırasında xüsusi yer tutur.


Pravda.az bildiriir ki, bu meyvə C vitamini, K vitamini, lif, kalium və antioksidantlarla zəngindir.


Araşdırmalar göstərir ki, kivi immun sistemini gücləndirir, orqanizmi infeksiyalara qarşı daha davamlı edir. Liflə zəngin olması sayəsində həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını almağa kömək edir. Tərkibindəki kalium isə qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır və ürək-damar sağlamlığını dəstəkləyir. Bəzi elmi mənbələr kivinin yuxu keyfiyyətini artırmağa müsbət təsir göstərə biləcəyini də bildirir.


Zərərləri nələrdir?


Həddindən artıq kivi istehlakı bəzi insanlarda mədə narahatlığı, ishal və allergik reaksiyalar yarada bilər. Xüsusilə lateks allergiyası olan şəxslərin kiviyə qarşı həssaslığı daha yüksək ola bilər. Bundan əlavə, çox miqdarda kivi qəbul etmək böyrək daşı riski olan şəxslər üçün uyğun hesab edilmir.


Mütəxəssislər tövsiyə edir ki, kivi gündəlik qida rasionunda 1–2 ədəd olmaqla, ölçülü şəkildə istehlak edilsin. Xroniki xəstəliyi və ya allergiyası olan şəxslər isə kivi yeməzdən əvvəl həkimlə məsləhətləşməlidir.


Əminə Bayramova 

Tarix: 24 Dekabr 2025, 14:30   
Seçilən
12
pravda.az

1Mənbələr