AZ

2 mindən çox maaşa usta axtarılır

Azərbaycanda yüksək maaş qarşılığında usta axtarılır.

Ölkə.Az-ın xəbərinə görə, bu barədə elan saytlarından birində məlumat yerləşdirilib.

Qeyd edilir ki, kişi armaturçu-qaynaqçıya ehtiyac var və əməyi müqabilində 2400 manat ödəniş ediləcək.

Şərtlərə gəldikdə isə qaynaqçılıq bacarıqları və armatür karkaslarının bağlanması üzrə təcrübə tələb olunur, texniki çertyojları oxuma bacarığı üstünlük sayılır.

İş yeri Ukraynanın Kiyev vilayəti, Obuxov şəhərində yerləşir. Müqavilə müddəti 1 il, sınaq müddəti isə 1 aydır. 

Elanda digər məlumatlarla yanaşı bildirilir ki, məzuniyyət, yaşayış yeri olsa da, qidalanma, həmçinin aviabilet ödənişi nəzərdə tutulmayıb. İş və yaşayış icazəsi rəsmiləşdirilir.

Elanı Nikita Nemyatıy ad-soyadlı şəxs verib.

Seçilən
77
2
olke.az

3Mənbələr