AZ

Uşaq bağçasında insident: ata prokurorluğa ÇAĞIRILDI

Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə ilə bağlı prokurorluq araşdırmaya başlayıb. Məlumata əsasən, uşağın atası izahat vermək üçün prokurorluğa çağırılıb. Onun dekabrın 24-də məhkəməyə gəlməsi planlaşdırılır. “Çelyabinsk şəhərinin Kurçatovski Rayon Prokurorluğu məktəbəqədər təhsil müəssisəsində baş vermiş insidentlə bağlı yoxlama aparır”, – deyə rəsmi açıqlamada bildirilib. Daha əvvəl 74.ru portalı uşaq bağçasında keçirilən Yeni il səhər tamaşasından video yayımlayıb. Görüntülərdə Şaxta babanın uşaqlara hədiyyə payladığı, lakin bir uşağın hədiyyə almadığı əks olunub. Valideynlər vəziyyəti izah etməyə çalışsalar da, uşağın atası müəllimlərin, valideynlərin və azyaşlıların iştirakı ilə aqressiv davranıb və nalayiq ifadələr işlədib. Nəşrin dəqiqləşdirdiyinə görə, Çelyabinsk Təhsil Komitəsi və şəhər administrasiyası hadisə ilə bağlı şərh verməkdən imtina edib, uşaq bağçasının rəhbəri isə həmin vaxt müəssisədə olmayıb. RİA Novosti mənbəyinin bildirdiyinə görə, insident dekabrın 22-də baş verib. Qrupdakı bütün uşaqlar üçün hədiyyələr alınıb, lakin daşınma zamanı onlardan biri itib. İtirilmiş hədiyyə sonradan tapılaraq uşağa təqdim edilib.

 

Seçilən
21
Ajans.az

1Mənbələr