AZ

Fazil Mustafa: Dövlət din münasibətləri düzgün tənzimlənməlidir

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclis İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, deputat Fazil Mustafa Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda, “Rəqəmsal İnformasiya Mühitində Dini Təhsil və Maarifçilik Strategiyaları” mövzusunda panel müzakirədə söyləyib. O bildirib ki, dünyada texnologiyanın sürətli inkişafına baxmayaraq, dini icma və konfessiyalar arasında qeyri-müntəzəm dialoq inkişafı çətinləşdirir: "Hər mənada sülh mühitinin qurulub möhkəmləndirilməsi üçün dini tolerantlıq vacib amildir. Məhz bu baxımdan dövlət-din münasibətləri düzgün tənzimlənməlidir. Demokratik dövlətlər vətəndaşların dini azadlıqlarına hörmətlə yanaşmalı, hər bir dini etiqada bərabər münasibət göstərməlidir. Dövlət ancaq insan hüquq və azadlıqlarına zidd sayılan dini inanclara qarşı hüquqi normalar irəli sürə bilər". Deputatın sözlərinə görə, hər insan özünün dini seçimini sərbəst yaşaya bilməli, başqalarına zorla qəbul etdirməyə çalışmamalıdır: "Azərbaycan Konstitusiyası və beynəlxalq hüquqi prinsiplər məhz bu yanaşmanı təmin edir. Ölkəmizdə bu sahədə keçirilən tədbirlər dini mənada sülhə, tolerantlılığa və insan hüquqlarının müdafiəsinə böyük töhfə verir, eyni zamanda, həm yerli, həm də qardaş ölkələrdən gələn nümayəndələr arasında təcrübə mübadiləsinə zəmin yaradır". AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
azvision.az

1Mənbələr