AZ

Qızıla pulu çatmayanlar, gümüşə üz tutur – Qiymətli metallar bazarında SON VƏZİYYƏT

Bu il gümüşün bir troya unsiyasının qiyməti əhəmiyyətli dərəcədə artıb. Belə ki, gümüşün qiyməti 2025-ci ilin aprelində 36 dollar, oktyabrın 16-da isə 54 dollara çatıb.

Bu artım da öz növbəsində investorlara altı ay ərzində 50 faiz gəlir qazandırıb. Bu gün isə gümüşün qiyməti bir troya unsiya üçün 70 dollar həddini keçib. Sözügedən qiymət tarixi rekord hesab olunur.

Maraqlıdır ki, gümüşün qiymətinin bu qədər artmasının səbəbi nədir?

İqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, gümüşün qiymətinin artması ayrıca fenomen deyil:

“Əsas qızılın qiymətindəki artımdır. Qızılın qiymətinin artması öz növbəsində gümüşün qiymətinə də təsir edir. Yəni, gümüş qiyməti qızıl qiymətinə paralel olaraq artır.
 

Gümüşün qiymətinin artımı ona dəlalət edir ki, yatırımcıların pulu qızıla çatmayanda heç olmasa, gümüş alıb saxlaya bilsinlər.


Bu məntiqlə düşünürlər ki, qızılın qiyməti gümüşün qiymətinə də təsir edəcək və onlar bu yatırımdan qazanclı çıxacaqlar. Bir sözlə, gümüş qiymətinin artımı qızıl qiymətinə bağlıdır”.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
30
1
bizim.media

2Mənbələr