AZ

"Şəhərlilər" 75 milyon avroya hücumçu ALIR

İngiltərənin "Bornmut" klubunun hücumçusu Antuan Semenyonun "Mançester Siti"yə keçə biləcəyi bildirilir.

Milli.Az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçu Pep Qvardiola ilə işləmək məqsədilə "Liverpul", "Mançester Yunayted", "Çelsi" və "Tottenhem"dən gələn təklifləri rədd edib.

Mümkün transferin "Şəhərlilər"ə qış transfer dövründə təxminən 75 milyon avro dəyərində başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Antuan Semenyo cari mövsümdə İngiltərə Premyer Liqasında 16 matçda meydana çıxaraq 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Hüseyn
Milli.Az

Seçilən
24
1
milli.az

2Mənbələr