Beşiktaşın baş məşqçisi Sergen Yalçın keçirilən oyundan sonra hakim idarəçiliyinə sərt münasibət bildirib. Vətəninfo.az xəbər verir ki, o, bəzi epizodlarda qərarların ikili standartlarla verildiyini vurğulayıb.
“Bura Beşiktaşdır. Bura Anadolu komandası deyil. Hamı bunu bilsin. Bizim epizodlarda dərhal vərəqə göstərilir, rəqibə gələndə isə yalnız xəbərdarlıqla kifayətlənilir”, – deyə Yalçın bildirib.
Baş məşqçi Orkunun penalti epizoduna da toxunub. Onun sözlərinə görə, həmin vəziyyətdə penalti təyin edilsəydi, heç kimin etiraz etməyəcəyini qeyd edib: “Rəqibin epizodunda rahatlıqla penalti verilir. Yaxşı, bunu qəbul edək. Bəs bizim penalti epizodumuz niyə nəzərə alınmadı?”
Sergen Yalçın El Bilal Toureyə göstərilən qırmızı vərəqəni də tənqid edib və oxşar vəziyyətlərdə rəqib futbolçuların cəzalandırılmadığını bildirib.
“Bu oyunda qalib gəlməyimizə baxmayaraq, hakimlikdən şikayət etməli olan tərəf bizik. Rəqibin demək olar ki, bütün qayda pozuntuları cəzasız qalmadı, amma bizim epizodlarda oyun davam etdirildi. Bu cür halları tez-tez yaşayırıq”, – deyə o əlavə edib.
Təcrübəli mütəxəssis hakimlərin oyunları ədalətli şəkildə idarə etməli olduğunu vurğulayaraq, kənardan baxıldıqda bir çox epizodların açıq-aydın göründüyünü bildirib.