AZ

Vladimir Fekete: Süni intellekt dövrümüzün ən mühüm çağırışlarından biridir

Bakı, 24 dekabr, AZƏRTAC

Din Xadimlərinin İkinci Forumu Azərbaycanın dini müxtəlifliyinin bariz göstəricisi olmaqla yanaşı, müxtəlif mənəvi və elmi dairələrin nümayəndələri arasında fikir mübadiləsi üçün platforma yaradır və bununla da cəmiyyətdə dinlərarası, millətlərarası sülhün və razılaşmanın möhkəmləndirilməsinə, eləcə də dialoq mədəniyyətinin inkişafına xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Din Xadimlərinin İkinci Forumu çərçivəsində keçirilən "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda paneldə deyib.

O, süni intellektin dövrümüzün ən mühüm çağırışlarından biri olduğunu deyib. "Katolik Kilsəsi elmi-texniki tərəqqini diqqətlə izləyərək onu xristian antropologiyası, insan şəxsiyyətinin ləyaqəti və bəşəriyyətin gələcəyi qarşısında məsuliyyət kontekstində dərk etməyə çalışır", - deyə yepiskop bildirib.

Vladimir Fekete süni intellektin təhsil və maarifləndirmə sahəsində artıq dəyərli bir alətə və resursa çevrildiyi məsələsinə toxunaraq deyib: "O, tədrisin fərdiləşdirilməsinə kömək edə, biliklərə çıxışı genişləndirə, əlilliyi olan şəxsləri dəstəkləyə bilər".

Seçilən
29
azertag.az

1Mənbələr