AZ

Azərbaycanın iki paytaxtı arasında uçuş sayı artırıldı

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıdan Təbrizə həyata keçirilən uçuşların sayı artırılıb.

Axar.az xəbər verib ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Hava Limanları Təşkilatının rəhbəri Məhəmməd Əli Nail Qaraməliki deyib.

O bildirib ki, AZAL Bakı–Təbriz marşrutu üzrə bazar ertəsi və cümə axşamı günləri uçuşların sayını artıraraq bu istiqamətdə həftəlik 8 reys həyata keçirməyə başlayıb.

“Bu marşrutda “İran Air”in uçuşları da nəzərə alındıqda, Təbriz–Bakı və əks istiqamətdə həftəlik reyslərin ümumi sayı 12-yə çatdırılıb. Uçuşların sayının artırılması hava nəqliyyatı üzrə əlaqələrin inkişafına, işgüzar və turizm səfərlərinin asanlaşmasına, eləcə də regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir”, - Qaraməliki qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
axar.az

2Mənbələr