AZ

Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində

style='margin-bottom:10px;'>

“Yuventus”un hücumçusu Kenan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

20 yaşlı futbolçu ilə Premyer Liqa təmsilçiləri “Tottenhem” və “Çelsi” ciddi şəkildə maraqlanır. Bildirilib ki, oyunçunun Turin klubu ilə yeni müqavilə danışıqları dalana dirənib. Yıldız maaşının əhəmiyyətli dərəcədə artırılmasını (illik 6 milyon avroya qədər) istəyir və tərəflər ilin sonuna qədər razılığa gələ bilməsə, türkiyəli futbolçu artıq yanvar ayında klubunu dəyişə bilər.

“Yuventus” Kenan Yıldızı təxminən 90 milyon avro dəyərində qiymətləndirir. Bu mövsüm bütün turnirlərdə 26 oyuna çıxan Türkiyə millisinin üzvü 9 qol vurub və 8 məhsuldar ötürmə verib.

Seçilən
10
3
teleqraf.com

4Mənbələr