AZ

Gizli görüşün DETALLARI: Belarus 250 məhbusu buraxdı, ABŞ sanksiyaları yumşaltdı

Lukaşenko şam yeməyi və araq üzərində 250 məhbusun azad edilməsi və arıqlama dərmanlarını müzakirə edib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Lukaşenkonun Trampın elçisi ilə görüşün detalları üzə çıxıb –  Belarus 250-dən çox məhbusu azad edib, ABŞ sanksiyaları yumşaldıb.

Məlumata görə, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Donald Trampın elçisi arasında keçirilən qeyri-rəsmi danışıqların maraqlı detalları məlum olub.

Nəşr yazır ki, şam yeməyi zamanı araq süfrəsi arxasında tərəflər təkcə siyasi məsələləri deyil, həm də artıq çəkidən azad olmağın yollarını müzakirə ediblər.

Amerika nümayəndəsi Lukaşenkoya “Zepbound” preparatı haqqında danışıb və istehsalçının broşürünü ona birbaşa süfrə arxasında təqdim edib.

Bildirilir ki, bu təmaslar fonunda Belarus müxtəlif ölkələrdən olan 250-dən çox siyasi məhbusu azadlığa buraxıb.

ABŞ isə buna cavab addımı olaraq sanksiyaları qismən yumşaldıb və Minskə qarşı iqtisadi güzəştlərə gedib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr