AZ

Rusiya Ukraynanın Cənub limanına zərbələr endirib

Rusiyanın Ukraynanın Odessa vilayətindəki Cənub limanının infrastrukturuna qarşı hücumları nəticəsində Qara dənizin akvatoriyasına bitki yağının sızması qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasının teleqram kanalında bildirilib.

Qeyd edilib ki, hücumdan sonrakı ilk iki gün ərzində liman fasiləsiz atəşə məruz qalıb.

Eyni zamanda bildirilib ki, mütəxəssislər akvatoriyanın bonlarla mərhələli şəkildə bağlanmasını həyata keçiriblər. Təhlükəsizlik ilə bağlı vəziyyət sabitləşdikdən sonra bon maneələri tam quraşdırılıb.

Qurumdan qeyd edilib ki, söhbət üzvi maddə olan və təbii bioloji parçalanmaya məruz qalan bitki yağından gedir.

"Ukrayna Dəniz Limanları Administrasiyası bütün aidiyyəti xidmətlərlə birlikdə cari təhlükəsizlik və hava şəraitini nəzərə alaraq, çirklənmənin lokallaşdırılması və daha da yayılmasının qarşısının alınması üçün mümkün tədbirləri görür", - təşkilatın məlumatında bildirilib.

Seçilən
50
3
bakivaxti.az

4Mənbələr