AZ

Baxçalı Liviya təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib

 Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Liviya hərbi nümayəndə heyətini aparan təyyarənin qəzaya uğraması ilə bağlı açıqlama verib.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Baxçalı bildirib ki, hadisə Türkiyə ilə Liviya arasında səmimi dialoqların artdığı bir vaxtda baş verib. Bu həm düşündürücü, həm də dərin kədərli hadisədir.  Xatırladaq ki, ötən gün Tripoliyə uçmaq üçün Ankara Esenboğa Hava Limanından havaya qalxan “Falcon 50” tipli biznes təyyarəsi qəzaya uğrayıb. Qəza yerində aparılan axtarışlar nəticəsində təyyarənin qalıqları aşkarlanıb. Təyyarədə olan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad və nümayəndə heyəti həlak olublar.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr