AZ

Bu gün onların oyunu var - Üç stadiondan CANLI YAYIM

Bu gün I Liqada 12-ci tur start götürəcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Premyer Liqaya vəsiqə uğrunda vuruşan “Mingəçevir” və “Səbail” meydana çıxacaq.

Birincilər doğma şəhərdə “Şahdağ”ı qonaq edəcəksə, “Səbail” Bayılda “Şimal”ın yolunu gözləyəcək.

Liderlər qrupuna yaxın olan “Baku Sportinq“ Buzovnada “Zaqatala” ilə münasibətlərinə aydınlıq gətirəcək.

“Mingəçevir” – “Şahdağ Qusar”
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, İslam Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00

“Səbail” – “Şimal”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Nəriman Ağayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 14:00

“Baku Sportinq” – “Zaqatala”
Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Şirmamed Mamedov, Şamil İmanzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Buzovna qəsəbə stadionu, 14:30

Seçilən
22
sportinfo.az

1Mənbələr