AZ

İranlı deputat: Ölkədə qadınlara zülm edilir

BAKI, 24 dekabr. TELEQRAF

“Dünən nəticəsiz iclas keçirdik, heç bir qərar da qəbul etmədik, amma dolların qiyməti 2 min tümən artdı”.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Fəthullah Təvəsoli dekabrın 23-də parlamentin hökumətin iqtisadi komandası ilə keçirdiyi qapalı iclas barədə danışarkən deyib.

Deputat həmçinin bu gün parlamentdə qadınların məhriyyəsi (nikahpulu) mövzusunun müzakirə olunacağı və geniş reaksiyalar doğuran iclasla bağlı bildirib:

“Bu gün atdığımız addımlarla ölkə əhalisinin yarısını, yəni qadınları özümüzə qarşı qoyuruq. Biz kişilər qadınlara zülm edirik və bu reallığı qəbul etməliyik”.

Seçilən
46
teleqraf.com

1Mənbələr