AZ

Donald Trampın Qrenlandiya arzu su Amerika Birləşmiş Ştatları ilə Danimarka arasındakı münasibətləri poza bilər

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Respublikaçı Luiziana qubernatoru Ceff Lendrinin Qrenlandiya üzrə xüsusi elçisi təyin olunduğunu elan etdi. Amerika lideri bunu Truth Social-da elan etdi. Tramp paylaşımda yazıb: "Luiziana ştatının böyük qubernatoru Ceff Lendrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin etdiyimi elan etməkdən məmnunam." Amerika prezidenti inanır ki, Lendri ABŞ-ın maraqlarını "müttəfiqlərimizin və həqiqətən də bütün dünyanın təhlükəsizliyi və yaşaması" üçün fəal şəkildə müdafiə edəcək.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ prezidenti Donald Trampın hələ hakimiyyətə gəldiyi ilk günlərdə Qrenlandiyanı ilhaq edəcəyini vurğulayırdı: “Qrenlandiya Danimarkanın mülküdür. ABŞ-nin ora iddialar etməsi və onun beynəlxalq geopolitik maraqlarından irəli gəlir. Amma bu, güc yolu ilə sərhədlərin dəyişməsidir. Donald Trampın ora xüsusi nümayəndə təyin etməsi təbii ki, beynəlxalq hüquqa ziddir”.

Məhəmməd Əsədullazadə

Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində tərəflər sərhədlərin dəyişməsi və ərazi güzəşti orta məxrəcdədirsə, eyni şəkildə burada da tərəflər arasında ortaq məxrəc formalaşır. Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ-nin Qrenlandiyanı öz ərazisi hesab etməsi və ora nümayəndə təyin etməsi Danimarka və ABŞ arasında münasibətləri poza bilər.

“Qrenlandiya məsələsi təkcə Danimarka ilə deyil, Avropa İttifaqı ilə ABŞ arasında da münasibətləri poza bilər. Onsuz da tərəflər arasında Ukrayna müharibəsinə görə müəyyən fikir ayrılıqları, ziddiyyətlər var. Bu məsələ ABŞ-nin, Rusiyanın və Çinin maraqlarına xidmət edir. Çin də sabah Tayvana qarşı eyni ssenarini tətbiq edə bilər. Təhlükəli ssenaridir. Əgər növbəti seçkilərdə Tramp qələbə əldə etməsi beynəlxalq müstəvidə müəyyən dərəcədə cəzalana bilər. Həmçinin belə bir şəraitdə ABŞ-nin mövqeləri də zəifləyə bilər”-deyə Məhəmməd Əsədullazadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
bizimyol.info

1Mənbələr