AZ

4 bölgədə yeni əməliyyat! İş adamları, məşhur rəqqasə və model saxlanıldı

İstanbul Baş Prokurorluğunun apardığı narkotik və fahişəlik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib.

Turkustan.az xəbər verir ki, İstanbul da daxil olmaqla dörd vilayəti əhatə edən əməliyyat zamanı 20 şübhəli saxlanılıb. Axtarışlar zamanı çoxlu sayda narkotik maddə və narkotik vasitələrin istifadəsinə aid ləvazimatlar müsadirə edilib.

İstintaq çərçivəsində 22 nəfər barəsində “Narkotik maddələrin istehsalı və qaçaqmalçılığı”, “Narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsini asanlaşdırmaq üçün şərait yaratmaq”, “Narkotik maddələrin alınması, saxlanması və istifadəsi” və “Fahişəliyə təhrik və yardım” maddələri üzrə həbs qərarı verilib.

Şübhəlilərin tutulması məqsədilə İstanbul, Muğla, Adana və Antalyada eyni vaxtda keçirilən əməliyyatlarda 20 nəfər saxlanılıb. Digər şübhəlilərdən birinin artıq həbsdə olduğu, bir nəfərin isə axtarışda olduğu bildirilib.

Saxlanılanlar arasında model Melisa Fidan Çalışkan, oriental rəqqasə Nuran Çokçalışkan, iş adamları Hamdi Burak Beşer və Mahmut Uğur Ziylan da yer alır. Digər şübhəlilərin isə Erdi Çətin, Uğur Can Peker, Melisa Şahin, İhsan Aygün, Burak Kaptan, Müzeyyen Karakan, Murat Uzan Oç Şirin, Atilla Yoldaş, Semavi Siverek, Mehmet Tosmur, Halime Göçmen, Ercan Siverek və Yılmaz Burak Bozkurt olduğu qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
22
1
turkustan.az

2Mənbələr