AZ

İsrail ordusundan daha bir ZƏRBƏ – HƏMAS-ın maliyyə mənbəyi KƏSİLDİ

İsrail HƏMAS-ın əsas maliyyəçilərindən birini məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. Abid Hay Zəkat İsrailə qarşı mübarizə üçün on milyonlarla dollar vəsait toplayırmış.

Məlumata görə, İsrail ordusu HƏMAS-ın hərbi qanadının “2 nömrəli” şəxsi Raad Səadla yanaşı, təşkilatın digər üzvü Abid Hay Zəkatı da zərərsizləşdirib.

Bildirilir ki, o, HƏMAS-ın hərbi qanadının maliyyə şöbəsində fəaliyyət göstərib.

Abid Hay Zəkat il ərzində on milyonlarla dollar vəsaitin toplanmasına və bu vəsaitin İsrailə qarşı mübarizənin davam etdirilməsi üçün təşkilata ötürülməsinə cavabdehlik daşıyıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr