AZ

“Qarabağ”ın hücumçu transferinə “yaşıl işıq” – Seneqallı forvarddan yeni xəbər

“Qarabağ”ın transfer etmək istədiyi Belçikanın “Lyej” klubunun hücumçusu Umar Diuf komandasından ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Qaytan Enqlebert 22 yaşlı futbolçunun mümkün satışı ilə bağlı danışıb. Mütəxəssis “klubun maliyyə reallıqlarını da bilirik. İnkişaf etmək üçün bəzən büdcəyə pul daxil olmalıdır. Bu, futbolun bir hissəsidir” deyə, bildirib.

Xatırladaq ki, daha öncə “Qarabağ”ın Diuf üçün 1,2 milyon avro təklif göndərdiyi ancaq 2-ci liqa təmsilçisi futbolçusunun satışından 1,5 milyon avro gəlir əldə etməyi planlaşdırdığı üçün bunu qəbul etmədiyi iddia edilib.

Qeyd edək ki, Umar Diuf bu mövsüm Belçikanın 2-ci Liqasında 18 oyunda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

 

Seçilən
29
idmanxeber.az

1Mənbələr