AZ

NYT: ABŞ hərbi qoşunları daşımaq üçün Karib dənizinə C-17 təyyarələri göndərib

ABŞ ilə Venesuela arasında siyasi gərginlik davam etdiyi bir vaxtda, Vaşinqton administrasiyasının hərbi qoşun və avadanlıq daşımaq üçün istifadə edilən C-17 təyyarələrini Karib bölgəsinə ən azı 16 dəfə göndərdiyi iddia edilir.

Turkustan.az xəbər verir ki, “New York Times” (NYT) qəzetinin nəzərdən keçirdiyi uçuş məlumatlarına görə, ABŞ-ın Venesuelaya hərbi təzyiqi davam edir.

Müvafiq olaraq, əsasən hərbi qoşun və avadanlıq daşımaq üçün istifadə edilən C-17 ağır yük təyyarələrinin ötən həftə ABŞ-dakı bazalarından Puerto Rikoya ən azı 16 uçuş həyata keçirdiyi müəyyən edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
21
1
turkustan.az

2Mənbələr