AZ

Adil Vəliyev bu tikintiyə hansı şərtlərə icazə verib? -Video

[center][/center]

Sabunçu rayonunda qanunsuz inşaat işləri barəsində mütəmadi sosial platformalarda məlumatlar yayımlanır.

Xalq-a daxil olan məlumata görə Sabunçu rayonu B. Bünyadov küçəsi 5 ünvanında inşa edilən binaya 1 mərtəbədə əlavə artıram işləri görülür.

Ümumiyyətcə şəhərsalma qaydalarına riayət olunmayan tikililər bağlı hər hansı bir tədbirlərin görülməsi formal xarakter daşıyır bunu ekspertlərdə açıqlamalarında bildirirlər.

Belə ki, Bakı şəhərinin baş planından kənar tikililər Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarətsiliyindən artmaqdadır. Demək olar ki, paytaxtın ətraf ərazilərində müxtəlif növ tikililər qanunszu inşa edilməkdədir.

Məlumatlar görə Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Sabunçu rayonunda hansı məmurun icazə verdiyi müəmmalıdır.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən və digər qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı.(Xalq.online)

Qurumların fikirlərini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

VİDEO LİNKDƏ:[url=https://xalq.online/adil-veliyev-bu-tikintiye-hansi-sertlere-icaze-verib-video]https://xalq.online/adil-veliyev-bu-tikintiye-hansi-sertlere-icaze-verib-video[/url]

Seçilən
7
yenisoz.az

1Mənbələr