AZ

Almaniyalı sabiq futbolçu Monteneqroda faciəvi şəkildə həyatını itirib

Almaniyanın “Ertsgebirge” futbol klubunun keçmiş oyunçusu Monteneqroda dağ-xizək istirahəti zamanı faciəvi şəkildə həyatını itirib.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən “Savin Kuk” xizək kurortunda baş verib.

34 yaşlı Sebastyan Hertner mindiyi kreslolu kanat yolunun qəfil qopması nəticəsində təxminən 70 metr hündürlükdən yıxılıb və aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onunla birlikdə olan həyat yoldaşı isə yıxılmadan sağ çıxsa da, zədələnmiş kresloda sıxılı vəziyyətdə qaldığı üçün ağır xəsarət alıb.

Qadın sınıq ayaq diaqnozu ilə xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətini ciddi qiymətləndirirlər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İdman.Biz
Məqalədə:
Seçilən
26
2
idman.biz

3Mənbələr