AZ

“Sumqayıt” Dambrauskasın başı üzərində dron uçurdu, PFL işə qarışdı! – “Səs yazmır, ancaq təsvir götürür”


“Sumqayıt” – “Sabah” oyununda qonaqların məşqçi korpusunu, xüsusən də Valdas Dambrauskası qəzəbləndirən hadisə baş verdi. Belə ki, “kimyaçılar” dron vasitəsi ilə meydanda yaşananları çəkirdi, dron hətta litvalı mütəxəssisin başı üzərində uçurdu. Bəs etiraz nəyə görə idi? Ümumiyyətlə, drona mikrofon qoşulub, yalnız təsvir götürür, yoxsa səsi də yazır? “Football-plus.az” bu sualı klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə ünvanlayıb:
“Drondan bir çox komanda istifadə edir. Əvvəlki turda “Sabah” da qollarından birini dronla çəkərək paylaşıb. Biz də yaydan bəri hər ev oyununda drondan istifadə edirik. İlk dəfə belə reaksiya ilə qarşılaşdıq. Mənə PFL-dən zəng vurdular ki, “Sabah”ın məşqçi heyəti narazılıq edir, onlara mane olursuz. Amma biz dronu aşağıdan yox, stadionun damı səviyyəsində uçururduq. Adi şeydi. Sonra da davam etdik, heç bir problem olmadı. Təbii ki, bundan sonra da istifadə edəcəyik. Bununla bağlı hansısa qadağa nəzərdə tutulmayıb. Dron səsi yazmır, ancaq təsvir götürür”.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
19
football-plus.az

1Mənbələr