Latviya 14 rusiyalı idmançını arzuolunmaz şəxs elan edib.
Qaziler.az bildirir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje dekabrın 24-də bildirib.
"Mən Rusiya Federasiyasının 14 vətəndaşını Latviya Respublikası tərəfindən arzuolunmaz hesab edilən şəxslərin siyahısına daxil etmək qərarına gəldim", - deyə o, X sosial media səhifəsində (əvvəllər Twitter) yazıb.
Qeyd olunur ki, giriş məhdudiyyətləri qeyri-müəyyən müddətə tətbiq edilib. "Delfi" portalının məlumatına görə, qərar 2026-cı ilin yanvar ayının əvvəlində keçirilməsi planlaşdırılan Beynəlxalq Qış kirşə idmanı üzrə Dünya Kuboku fonunda verilib. Lakin Rusiyadan olan idmançılar 2022-ci ilin yanvar ayından bəri bu Dünya Kubokunda iştirak etmirlər.
QAZİLER.AZ