AZ

Fəaliyyətimizi Prezidentimizin rəhbərliyi ilə müasir, güclü və müstəqil Azərbaycanın qurulmasına yönəldirik

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Prezident İlham Əliyevin milli maraqlara əsaslanan strateji, uzaqgörən və qətiyyətli siyasəti bu gün ölkəmizin regional və qlobal miqyasda mövqelərinin güclənməsinin əsas təminatıdır. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan həm daxili, həm də xarici siyasətdə nümunəvi dövlət modelinə çevrilmiş, iqtisadi, siyasi və sosial sahələrdə əldə edilən uğurlar xalqımızın rifahına birbaşa təsir göstərmişdir".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib.  O bildirib ki,  ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər, Prezident İlham Əliyevin həm siyasi iradəsinin, həm də Ali Baş Komandan kimi peşəkar liderliyinin ən parlaq təzahürüdür. Bu gün postmünaqişə dövründə aparılan yenidənqurma və bərpa prosesi, Böyük Qayıdışın uğurla həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng layihələr dövlətimizin gücünü və cənab Prezidentimizin strateji baxışını bir daha nümayiş etdirir.

Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 kimi mühüm beynəlxalq tədbir ölkəmizin qlobal çağırışlara verdiyi cavabın bariz nümunəsidir. Bu fakt Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş kimi qəbul olunmasından xəbər verir:  

" Prezidentin daxili siyasətində əsas yer tutan insan amili və sosial ədalət prinsipi hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin olunmasına yönəlib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, regionların inkişafı, işğaldan azad olunmuş ərazilərdə müasir infrastrukturun qurulması və davamlı iqtisadi artım strategiyası dövlət başçısının rəhbərliyi ilə uğurla reallaşdırılır.

Millət vəkili olaraq qürurla deyə bilərəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti bu gün həm xalqın etimadına, həm də beynəlxalq aləmin rəğbətinə əsaslanır. Bu siyasətin mərkəzində isə Azərbaycan xalqı və onun rifahı dayanır. Biz də ölkəmizin qanunverici orqanının üzvü olaraq bu strateji kursa sadiq qalaraq fəaliyyətimizi cənab Prezidentimizin rəhbərliyi ilə müasir, güclü və müstəqil Azərbaycanın qurulmasına yönəldirik".

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
525.az

1Mənbələr