Bakı. Trend:
Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli KobaxidzeAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Trend xəbərverir ki, Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi ad günümünasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeniuğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görəminnətdarlığını bildirib.
Söhbət zamanı dostluq və mehriban qonşuluq prinsiplərinəəsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyivurğulanıb, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsiaparılıb.