AZ

MOİK lə oyuna 3 xal üçün çıxacağıq Şəfa nın futbolçusu

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

1-ci Liqanın lideri "Şəfa" 12-ci tur çərçivəsində sabah ev oyunlarını keçirdiyi Binə qəsəbə stadionunda nominal qonaq qismində MOİK-lə qarşılaşacaq. "Şəfa"nın vingeri Emin Zamanovla əlaqə saxlayıb qarşıdakı matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"MOİK hazırda yaxşı formadadır. Son turlarda qələbələr qazanıblar. Rəqib keyfiyyətli futbolçulardan qurulmuş kollektivdir. Onların gücünə bələdik. Oyuna maksimum şəkildə hazırlaşırıq. İli belə desəm, yüksək notlarla başa vurmaq istəyirik. Həmişə olduğu kimi, MOİK-lə matça da 3 xal üçün çıxacağıq".

Qeyd edək ki, MOİK - "Şəfa" qarşılaşması dekabrın 25-də keçiriləcək. Matçın start fiti 14:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
fanat.az

2Mənbələr