AZ

Tanınmış klublardan hansı biri onu “Qarabağ”dan ala biləcək? - REAL TƏKLİFLƏR

“İnternasional” "Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonun transferində qərarlıdır.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, cənubi amerikalılar bununla bağlı Azərbaycan çempionuna yenidən rəsmi təklif göndərməyə hazırlaşır.

Lakin 24 yaşlı futbolçunun “İnternasional”a keçidi real görünmür. Çünki klub bu transferi 1 milyon avroya yekunlaşdırmaq niyyətindədir.

Halbuki“Botafoqo” artıq 3 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Həmçinin Portuqaliyanın “Braqa”, Türkiyənin “Sivasspor” və Braziliyanın digər klubu “Kruzeyro” da Pedronun durumunu izləyir.

Pedro Bikalyonun “Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Seçilən
13
sportinfo.az

1Mənbələr