AZ

“Zəngəzur Dəhlizi türk dünyası ilə birbaşa əlaqələr qurmaq üçün çox vacib bir fürsətdir” - Türkiyənin vitse-prezidenti

“Zəngəzur Dəhlizi türk dünyası və Orta Asiya ilə birbaşa əlaqələr qurmaq üçün çox vacib bir fürsətdir”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə müsahibəsi zamanı deyib.

O bildirib ki, Zəngəzur Dəhlizi həm Şərqi Anadolu, həm də Şərqi Qara dəniz bölgəsi üçün çox əhəmiyyətli bir dəhlizdir:

“Regional inkişaf baxımından Zəngəzur Dəhlizini Şərq, Cənub-Şərqi və Şərqi Qara dəniz bölgələrinin inkişafı üçün "inkişaf dəhlizi" kimi görürük. Bildirmək istərdim ki, bu, Suriya vasitəsilə yeni logistika xətlərinin yaradılması baxımından Cənub-Şərqi üçün əhəmiyyətli üstünlüklər gətirir”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr