AZ

Gürcüstana 1 kq-dan çox kokain keçirməyə çalışan rusiyalı qadın saxlanılıb

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisibeynəlxalq hava limanında ölkəyə iri partiyada narkotik vasitə(kokain) keçirməyə çalışan Rusiya vətəndaşı olan bir qadınısaxlayıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlərNazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hüquq mühafizə orqanları əməkdaşları Tbilisi beynəlxalqaeroportunda saxlanılan şəxsin yükünə baxış keçirən zaman, çantadagizlədilmiş 1kq və 200 qram miqdarında narkotik vasitə olan kokainaşkarlayaraq müsadirə edib, aşkarlanmış narkotik vasitənin “qarabazarda” dəyəri 1 milyon laridən çoxdur (təxminən 370 min dollar)”,-deyə məlumatda qeyd olunur.

Saxlanılmış 36 yaşlı Rusiya Federasiyası vətəndaşının təqsirisübuta yetirilərsə onu 20 ilə qədər azadlıqdan məhrum etmə cəzasıgözləyir.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr