AZ

Yeni nazirə Kiyev haqqında danışmaq qadağan edildi

Çexiya hakimiyyəti ölkənin yeni müdafiə naziri Yaromir Zunun Kiyevi açıq şəkildə dəstəkləməsindən sonra onun fəaliyyətini məhdudlaşdırıb.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb. 

Qeyd olunur ki, müdafiə nazirinə Ukrayna münaqişəsi ilə bağlı açıq şəkildə şərh vermək qadağan edilib. 

Ötən həftə mətbuat konfransında çıxış edən Zuna Ukraynaya dəstəyini qoruyub saxlayaraq Kiyevə sursat tədarükü təşəbbüsünün genişləndirilməsinin mümkünlüyünü açıqlayıb.  “Le Monde” qəzetinin məlumatına görə, bu açıqlama hakim Azadlıq və Birbaşa Demokratiya partiyası daxilində qəzəbə səbəb olub və bir neçə üzv müdafiə nazirini bəyanatını geri götürməyə və ya istefa verməyə çağırıb.

Seçilən
42
unikal.az

1Mənbələr