AZ

Bloomberg: “F-35 qırıcıları ilə bağlı problem yaşanır”

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, keçirilən audit 2024-cü maliyyə ilinə qədər F-35-in orta hazırlıq səviyyəsinin tələb edildiyindən yalnız yarısı qədər olduğunu müəyyənləşdirib.

“Zəif göstəricilərin əsas əsas səbəbi Pentaqonun F-35-in texniki xidmətinin qənaətbəxş olmamasına görə “Lockheed Martin” şirkətini məsuliyyətə cəlb etməməsidir.Şirkətin texniki xidməti çox vaxt hətta “minimum texniki tələblərə” cavab vermirdi. Buna baxmayaraq, ABŞ-nin Müdafiə nazirliyi heç bir iqtisadi tənzimləmə və cərimə tətbiq etmədən “Lockheed Martin” şirkətinə 1,7 milyard dollar ödəyib”, - agentlik yazır.

Şirkətin sözçüsü bunun cavabında vəziyyəti həll etmək üçün işlərin aparıldığını söyləyib:“Bu ilin əvvəlində biz F-35-in əməliyyata hazırlığı ilə bağlı problemlərin köklü səbəblərini həll etmək üçün plan hazırlamışıq”

Şirkət bildirib ki, bu plana əlavə ehtiyat hissələrin alınması və təkmilləşdirilmiş texniki xidmət təcrübələri daxildir. Həmçinin yeni xidmət müqaviləsi əsasında istehsalçı üçün hərbi hava donanmasının hazırlığını yaxşılaşdırmaq üçün stimul yaradılır.

Xatırladaq ki, 2 trilyon dollarlıq F-35 proqramı Pentaqonun tarixində ən bahalı satınalmadır. Son illərdə layihə istehsal qüsurları, mühərrik nasazlıqları və təyyarələrin zəif etibarlılığı da daxil olmaqla çoxsaylı problemlərlə üzləşib.

İyun ayında ABŞ Hərbi Hava qüvvələri avionik təkmilləşdirmə xərclərinin əhəmiyyətli dərəcədə artması səbəbindən 2026-cı il üçün F-35 sifarişini yarıya endirmək məcburiyyətində qalıb.

Sentyabr ayında ABŞ-nin Hesablama Palatası şirkətin iki ay gec təyyarələri təhvil verməsinə və bir çoxunun texniki qüsurlara malik olmasına baxmayaraq, Pentaqonun ona bonusları vaxtlı-vaxtında ödəməsi ilə bağlı tənqid edən hesabat yayımlayıb.

ABŞ prezidenti Donald Tramp da, vəsaitləri öz səhmlərinin alınmasına və icraçıların maaşına xərcləməkdənsə, innovasiyaya sərmayə yatırmaları üçün əsas müdafiə podratçılara təzyiqi artırıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
33
1
azvision.az

2Mənbələr